Qıl Dönməsi Müalicəsi (Pilonidal Sinus)
Qıl dönməsi (pilonidal sinus) əməliyyat növü ən çox olan xəstəliklərdəndir. Bu qədər çox cərrahi üsulun olması xəstəliyin ən doğru müalicə metodunun hələ də dəqiqləşdirilmədiyini göstərir. Müalicə üsulu çox olan xəstəliklərdə xəstənin edə biləcəyi ən doğru seçim hər bir müalicə metodunun detallarını dəqiq formada öyrənərək özünə ən uyğun olanında qərarlaşmaqdır.
Ən Yaxşı Qıl Dönməsi Müalicəsi
Aşağıda Pilonidal Sinus müalicəsində tətbiq edilən metodlar və onların detalları izah edilir. Əməliyyatı seçirsinizsə aşağıdakı məlumatları imtahana hazırlaşırmış kimi diqqətlə oxumağınız sizə çox kömək edəcək.
Qıl Dönməsi Əməliyyatı
Yuxarıda da qismən qeyd edildiyi kimi, hal-hazırda tətbiq edilən 15-dən çox əməliyyat forması vardır. Uzun illər ərzində istifadə edilməsindən imtina edilən üsullar da var, lakin yazımızda sadəcə tətbiq edilən əməliyyatlar və daha çox məsləhət görülən metodan bəhs edəcəyik.
Müasir Qıl Dönməsi Əməliyyatları
Özlüyündə 3 növü və onlar arasında da xırda fərqlər vardır. Ən çox tətiq edilən əməliyyat mikro sinusektomi üsuludur. Bascom və Pit Picking əməliyyat növlərinin də üstünlük verildiyi klinikalar vardır. Müasir üsulların əsas məntiqi bundan ibarətdir: əsas problem olan sinus kista ilə birlikdə ən kiçik dəri kəsiyi ilə çıxarılır. Sinus çıxarılarkən xəstəliyin səbəbi olan giriş deşikləri də çıxarılır. Klassik metodlardakı kimi sinusla birlikdə onun 20-30 qatı sağlam dəri də çıxarılmır. Bu müasir metodların klassik cərrahiyəyə nisbətən daha üstün cəhətləri vardır. Belə ki, görülən bir iz qalmır, proses bitdiyi an sosial həyata geri dönmək olur, kəskin ağrı olmur, yara çox kiçik olduğu üçün təkrarlanma ehtimalı çox azdır. Müalicədən əvvəl mütləq şəkildə bu müasir əməliyyatlar mövzusunda təcrübəli bir cərrahın firkini alıb daha sonra qərar verin, “bu metod sizə uyğun deyil” deyən və bu metodları heç bir halda tətbiq etməmiş bir cərrahın məsləhətinə qulaq asmayın.
Sinusotomo metodu da bu sinif əməliyyatlara daxil edilə bilər, lakin metodun yaradıcısı Türk cərrah Op. Dr. Nizam Kurtdərə öz metodunu əməliyyatsız sinifə daxil edir.
Əməliyyatsız Qıl Dönməsi Müalicəsi
Bu qrupa iki metod daxildir:
- Sinusotomo
- Fenol metodu (Gümüş də deyilir)
Bu metodlara tam mənada müalicə demək mümkün deyil, daha çox xəstənin həmin müddətdə ağrılarını azaltmağa istiqamətlənən üsullardır. Müalicənin aparıldığını demək mümkün deyil, çünki xəstəliyin əsl səbəbi olan tüklərin giriş dəlikləri və xəstəliyin özü olan sinus, yəni, tükləri əhatə edən bölgə olduğu kimi qalır. İçəridəki tükləri təmizləməyə çalışmaq problemi həll etmir və tükləri tamamilə təmizləmək də heç bir halda mümkün deyil. Sinus çıxarılmadığı və dəliklər yox edilmədiyi təqdirdə problem bir müddət sonra yenidən yarana bilər, bu, qaçılmaz haldır.
Sinusotomi
Sinusotomi Pit Picking metoduna bənzəyir və həqiqi müalicə metodudur. Tüklərin giriş dəlikləri və sinus mütləq şəkildə yox edilir. Bu səbəbdən əməliyyatın uğurlu olma ehtimalı yüksəkdir. Əməliyyatsız metodlara üstünlük verirsinizsə sinusotomi metodunu yaxşı araşdırmağınız məsləhətdir.
Qıl Dönməsi Flep Əməliyyatları
8-dən çox növü vardır. Hər bir növündə əsas məntiq eynidir: xəstəliyin olduğu nayihəni ətrafındakı sağlam dəri toxuması ilə birlikdə geniş şəkildə çıxarıb geridə qalan boşluğu yan tərəfdən dəri sürüşdürərək qapatma üsuludur. Sürüşdürülən dərinin tipinə və ya bunu ilk reallaşdıran cərrahın adına əsasən əməliyyat bir neçə formada adlandırılır (Limberg, Karidakis, Romboid, Dil Flep). Flep metodları arasında məsləhət gördüyüm Karidakis əmliyyatıdır. Digər Flep əməliyyatlarına nisbətən daha çox üstünlükləri vardır və bu üstünlüklər haqqında müvafiq səhifələrdən detallalı şəkildə məlumat almaq mümkündür. Dəri D hərfi formasında kəsilir, D-nin düz tərəfi dartılaraq dairəvi tərəfi olan hissəyə tikilir. D formasında kəsildiyi üçün “D Flap” və “asimetrik exizyon primer qapatma” adı ilə də bilinir. Əməliyyatın çətinliyi digər klassik metodlara nisbətən daha azdır.
Klassik metodla müalicə almaq məcburiyyətindəsinizsə həkiminizdən Karikadis metodunu tətbiq etməsini istəməniz sizin xeyrinizə olacaqdır.
Karikadis Əməliyyatı
Klassik metodlar arasında en yaxşısıdır. Yaxşı olaraq qəbul edilir, çünki daha asandır, sosial həyata dönüş qısa zamanda mümkündür, ağrı azdır, təkrarlanma ehtimalı azdır, iqtisadi baxımdan daha sərfəlidir, bütün qıl dönmələrində rahatlıqla tətbiq oluna bilir. “D Flap” olaraq da adlandırılır. Sinusun çıxarılacağı nayihə D hərfi formasında kəsilir. D-nin qısa tərəfi dartılaraq uzun tərəfinə tikilir, beləcə dəri kənara tərəf sürüşdürülmüş olur.
Fenol Metodu
Tüklərin giriş dəliyindən alətlə daxil olaraq tükləri təmizləməyə çalışırlar, içəri fenol maddəsi daxil edərək kimyəvi formada yandırırlar. Tətbiq qaydasının eyni olduğu, lakin yandırıcı maddə olaraq gümüş nitrar istifadə olunduğu metod da bu sinifə daxildir, nəticələri təqribən eyni olur. Tüklərin giriş dəlikləri və sinus çıxarılmadığı üçün həqiqi bir müalicə sayılmır, sadəcə xəstənin şikayətlərinin azalmasına xidmət edir. Xəstələrin 70%-i ilk illərdə, qalanı isə sonrakı illərdə həqiqi müalicə metodlarından istifadə etmək məcburiyyətində qalırlar.
Qıl Dönməsi Dərmanı
Çox təəssüf ki, belə bir məhsul çıxarılıb və dərman adı da verilib. Dəri daxilindəki tükləri yox etməsi mümkünsüz və belə bir iddiası da izahsız olan üsuldur. Tamamilə insanların əməliyyat qorxusundan istifadə edərək pul tələsi qurmaq cəhdidir. Heç bir halda xəstəliyi müalicə etmə ehtimalı yoxdur. Pilonol və ya Pilonol L 125 adı ilə satılır. İstehsalçının cərrahi bilgisinin olmaması bir kenara, tibb təhsili belə yoxdur.
Ən Yaxşı Qıl Dönməsi Müalicəsi
Yuxarıdakı bilgiləri nəzərə alsaq, ən yaxşı metod bu xüsusuiyyətlərə malik olmalıdır:
- Sosial həyata dönüş mümkün qədər tez olmalıdır
- Təkrarlanma ehtimalı az olmalıdır
- Ağrı az olmalıdır
- Qanaxma və iltihab kimi əks-təsir az olmalıdır
Bu xüsusuiyyətlərə nəzər saldığımız zaman müasir müalicə metodları olan Pit Picking, mikro sinusektomi, Bascom və ya sinusotomi metodlarından ən uyğun olanı seçilməlidir.